Şahmat

Azərbaycanlı şahmatçı Avropa çempionatında liderdir

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Polşanın Katovitse şəhərində keçirilən Avropa çempionatında liderdir.

Aut.az xəbər verir ki, o, 7-ci turun partiyalarından sonra buna nail olub.

Azərbaycanlı qrossmeyster hesabat turunda Belçika təmsilçisi Daniel Daroha üzərində qələbə qazanaraq liderliyə yüksəlib.

Hesabında 6 xal olan Süleymanlı 1-4-cü yerləri bölüşür. Amma şahmatçı əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb. Bu gün 8-ci turda milli üzvü Gürcüstan şahmatçısı Nikolaz Kaçarava ilə mübarizə aparacaq.

Avropa çempionatında çıxış edən digər təmsilçimiz Nicat Abasov hesabat turunda isveçli Erik Blomkvisti məğlub edib. O, 7 turdan sonra 5,5 xalla onuncudur.

Məhəmməd Muradlı, Şiroğlan Talıbov, Şahin Vəliyev və Süleyman Süleymanlı hərəyə 5 xal toplayaraq müvafiq olaraq 38-ci, 50-ci, 53-cü və 56-cı yerlərdə qərarlaşıblar.

Qitə çempionatında yüksək nəticə göstərəcək şahmatçılar gələn il keçiriləcək dünya kubokuna vəsiqə qazanacaqlar. Avropa çempionatı 11 turdan ibarətdir.