“Liverpul”un futbolçusundan bəd xəbər: DÇ-2026-nı buraxacaq
“Liverpul”un hücumçusu Uqo Ekitike UEFA Çempionlar Liqasının 1/4 finalında PSJya qarşı oyunun ilk hissəsində zədələnərək əvəzlənib.
Aut.az xəbər verir ki, fransalı futbolçu rəqib müdaxiləsi olmadan zədələnib. “Canal+”-un yaydığı məlumata görə, Ekitikenin zədəsi kifayət qədər ciddidir. O, klub mövsümünün qalan hissəsini buraxacaq və 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində çıxış etməyəcək.
Bununla belə, futbolçunun ailəsi onun axilles vətərinin qırılması ilə üzləşmədiyini təsdiqləyib.
Qeyd edək ki, “Liverpul” doğma meydanda PSJ-yə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Arne Slotun komandası indi diqqətini İngiltərə Premyer Liqasında ilk dördlük uğrunda mübarizəyə yönəldəcək.
Aut.az
