İngiltərə

Pep Haalandı bu hərəkətinə görə danladı

Premyer Liqanın 35-ci turunda “Mançester Siti” “Lids”i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, oyunun 84-cü dəqiqəsində hesab 2:0 “Siti”nin xeyrinə olarkən “şəhərlilər” penalti vurmaq hüququ qazanıb. Komandanın ştatlı penalti vuranı Erlinq Haaland bu dəfə bu işi İlkay Gündoğana həvalə edib.

Həmin dəqiqəyə qədər İlkay artıq dubl etmişdi və penalti yerinə yetirsəydi, het-triki reallaşdıracaqdı. Amma Gündoğan bu imkanı boşa verdi.

Bunun ardınca “Siti” dərhal qol buraxdı və qarşılaşmanın sonu olduqca gərgin alındı.

Bu da Xosep Qvardiolanı əsəbiləşdirib. O, oyundan sonra Haalanda danlaq vurub:

“Bu hərəkət Erlinqin nə qədər pozitiv və səxavətli olduğunu göstərir. Amma matçın bitməsinə 10 dəqiqə qalmış 4:0 hesabı ilə öndə olsaydıq, onda bu hərəkəti məqbul hesab edə bilərdim. 2:0-da isə… Erlinq bizim ən yaxşı penalti oyunçumuzdur, ona görə də zərbəni o vurmalı idi.

Gündoğan qol vursaydı, hamı belə deyəcəkdi: “Afərin, het-trik”. Ancaq 2:0 hesabında bu biznesdir, bunu unutmamalıyıq”, – deyə “Goal” Qvardioladan sitat gətirib.

Aut.az