Salah “Liverpul”un ilk futbolçusudur ki…
Premyer Liqanın 35-ci turunda “Liverpul” “Enfild”də “Brentford”la qarşılaşıb.
Aut.az xəbər verir ki, oyun meydan sahiblərinin qələbəsilə yekunlaşıb, yeganə qolu isə Məhəmməd Salah vurub. Bu qolla “Salah “Liverpul”da daha bir tarixi nəticəyə nail olub.
O, ardıcıl 9 ev oyununda qol vuran ilk “Liverpul”lu olub. “Liverpul”un sabiq hücumçusu Luis Suares “Enfild”də ardıcıl 8 ev oyununda qol vurmağı bacarmışdı. Bu, 2013/2014 mövsümündə baş vermişdi.
Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 28 qol vurub və 9 məhsuldar ötürmə edib.
Aut.az
