“Yunayted” “Barsa”nın zədəli ulduzunu hədəf aldı
“Mançester Yunayted” gələn mövsüm “Barselona”nın ulduz müdafiəçisi Ronald Arauxonu transfer etməyə çalışacaq.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mərkəz müdafiəçisinin kataloniyalılarla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” internet portalı 25 yaşlı uruqvaylının transfer dəyərini 70 milyon avro qiymətləndirir.
Arauxo hazırda yayda Amerika Kubokunda oynayarkən aldığı zədəni sağaldır.
Zədə səbəbindən mərkəz müdafiəçisi bu mövsüm “Barselona”nın heyətində bir oyun belə keçirməyib. Daha əvvəl katalonların uruqvaylı ilə müqaviləni uzatmaq niyyətində olduğu bildirilirdi.
Aut.az
