İngiltərə

Əvəzlənərkən əsəbiləşdi – Qvardiola sevinir

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 28-ci turunun “Liverpul”la oyununda (1:1) əvəzləndikdən sonra yarımmüdafiəçi Kevin De Bruynenin narazılığından danışıb.

Aut.az xəbər verir ki, futbolçu 69-cu dəqiqədə əvəzlənib, meydanı tərk edən belçikalı Qvardiolaya narazılığını bildirib, bundan sonra ehtiyat oyunçular skamyasında yerini alıb.

“Mənim bundan xoşum gəlir. Əsəbiləşirsə, bu yaxşıdır. İndi o, xoşbəxtdir… Nəyi itirdiyimizi bilirdim. Bundan sonra daha yaxşı oynamağa başladıq. Kevinə nə deyə bilərəm? O, vacibdir və ona ehtiyacımız var. Ancaq ikinci hissədə qol buraxdıqdan sonra oyun bizim əlimizdən çıxdı və onu geri qaytarmaq üçün nəsə etməli olduq.

Bizə topu saxlayan futbolçu lazım idi. Söhbət təzyiqdən getmir. Söhbət onun oyununda deyil, Mateo bunu çox yaxşı bacarır… Kevindən razı qaldıq. Problem deyil. Biz yaxşıyıq”, – deyə Qvardiola “The Telegraph” qəzetinə bildirib.

Aut.az