Dünya futbolu

9 nəfər saxlanıldı

Fransa polisi dünən keçirilməli olan “Marsel” – “Lion” oyunundan öncə iğtişaş törədənlərdən 9-nu saxlayıb.

Aut.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər naziri Cerald Darmanen məlumat yayıb.

Matçdan əvvəl qonaq komandanın avtobusuna hücum edən və “Lion”un baş məşqçisi Fabio Qrossonun yaralanmasına səbəb olan hadisələrdə iştirak etdiyi iddia olunan 9 nəfər saxlanılıb. Polis iğtişaş törədənlərlə bağlı axtarışlarını davam etdirir.

“Marsel” – “Lion” oyunu təxirə salınıb və yeni vaxtı hələ məlum deyil.