Neymar məşhur blogerin sevgilisinə “podxod” edirmiş
Məşhur rusiyalı bloger Mixail Litvin Braziliya millisinin və “Əl-Hilal”ın ulduzu Neymarın sevgilisi Adel Veygelə yaxınlaşmaq istədiyini bildirib.
Aut.az xəbər verir ki, Litvin bu barədə “Vpiska” YouTube kanalına müsahibəsində danışıb.
“Neymar sevgilimə “podxod” etməyə çalışırdı. Onu görmək istədi, Parisə dəvət etdi, dedi: “Mən ölkədə vəziyyətin necə olduğunu bilirəm, əgər mənim köməyimə ehtiyac olarsa…” Bir sözlə, özünü göstərməyə çalışırdı”, – deyə Litvin bildirib.
Braziliyalı futbolçu “Santos” akademiyasının məzunudur. Ağ-qara komandanın heyətində Neymar 183 oyun keçirib, 107 qol vurub və 51 məhsuldar ötürmə verib. Hücumçu 2023-cü ilin yayında PSJ-dən “Əl-Hilal”a keçib. Bu müddət ərzində o, bütün turnirlərdə beş matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Aut.az
