Ardanın sərəncamında futbolçu qalmadı: Onu da “Fulhem” alır
“Şaxtyor”un cinah oyunçusu Kevin tezliklə Londonun “Fulhem” klubuna keçəcək.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Ukrayna və İngiltərə klubları 22 yaşlı braziliyalının transferi ilə bağlı razılığa gəliblər. “Narıncı-qaralar” futbolçusuna görə 42 milyon avrodan çox alacaq.
İndi “Fulhem” Kevinin özü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmalıdır.
Kevin 2024-cü ilin yanvarından “Şaxtyor”da çıxış edir, “Palmeyras”dan 12 milyon avroya keçib. Donetsk komandası ilə bir il yarım ərzində braziliyalı bütün turnirlərdə 57 matçda 17 qol vurub və 10 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Şaxtyor”un əlavə vaxtda “Servett”ə qalib gəldiyi (2:1) və Konfrans Liqasının əsas mərhələsinə yüksəldiyi son matçda penaltini məhz Kevin dəqiq yerinə yetirib.
Bundan əvvəl “Şaxtyor”un lideri Sudakov “Benfika”ya transfer olunmiuşdu.
Aut.az
