İngiltərə

Onun mənzilini qarət edənlər saxlanıldı

“Çelsi”nin futbolçusu Rahim Sterlinqin mənzilini qarət edən şəxs saxlanılıb.

Sterlinqin evi 2022-ci ilin dekabrında qarət edilib. Bildirilir ki, silahlı cinayətkarlar 300 min funt sterlinq dəyərində saatı oğurlayıblar.

“ The Guardianın məlumatına görə, hücum edənlərdən biri saxlanılıb, onun 23 yaşlı Emiliano Krosi olduğu üzə çıxıb. Həmin şəxs 33 soyğunçuluq maddəsi ilə ittiham olunub.

Krozi həbs edilib və sentyabrın 21-də məhkəmə qarşısına çıxarılacaq.

Aut.az