Neymar onu da “bişirmək” istəyib
Amerikalı model Seleste Brayt PSJ-nin futbolçusu Neymarın onu ələ almaq cəhdi haqqında məlumat verib.
Aut.az “Marca”ya istinadən xəbər verir ki, qız PSJ-nin forvardının ona alqış emojisi göndərdiyini göstərən skrinşot yayımlayıb.
“Əvvəllər bu adamın kim olduğunu bilmirdim. Sadəcə sevgilisi və ya həyat yoldaşı olan kişilərin bu qədər şəxsi mesajlar görməsindən bezmişəm. O, tək deyil.
Düşünürəm ki, başqa qızlar da belə şeylər haqda məlumat verməlidirlər. Uşaqlar, daha yaxşı olun, biz daha çoxuna layiqik”, – Brayt yazıb.
