Dünya futbolu

Ərəblər də limiti dəyişdilər

Səudiyyə Ərəbistanı çempionatında legioner limiti dəyişdirilib.

Aut.az xəbər verir ki, dəyişikliklər həm əcnəbi, həm də yerli oyunçuların sayına təsir edəcək.

Belə ki, 2024/25 mövsümündən etibarən komandalar məhdudiyyətsiz 8, eləcə də 2003 və ya daha sonra anadan olmuş 2 əcnəbi futbolçunu qeydiyyatdan keçirə biləcəklər. 10 əcnəbidən yalnız 8-i bir oyunda iştirak edə bilər. Bu məhdudiyyətlər kubok yarışlarına şamil edilmir.

Hər komandadan 1998-ci il və ya daha sonra doğulmuş bir ərəb futbolçu heyətə daxil edilməlidir. İştirak ərizəsində oyunçu sayı 30-dan 25-ə endirilib.