Dünya cempionatı

Həsənov Moskvada narkotiklə saxlanıldı

“Anji”, “Yenisey” və Norveçin “Tromso” klublarının sabiq futbolçusu Şamil Həsənov iyunun 6-da Moskvada saxlanılıb.

Aut.az xəbər verir ki, o, yolu qadağan olunmuş yerdən keçərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Mutko protiv” Telegram kanalının məlumatına görə, polis Q.Həsənovun qeyri-adi davranışına görə onu yoxlamaq qərarına gəlib. Nəticədə onun üzərində içərisində 0,54 qram həcmində mefedron olan paket aşkar edib.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şamil Həsənov hazırda  Özbəkistanın “Suxran” komandasının rənglərini qoruyur.

Aut.az