Dünya cempionatıDünya futbolu

Endrik milliyə niyə çağırılmayıb? – Sərt cavab verdi

Braziliya millisinin baş məşqçisi Dorival Junior “Real Madrid”in 18 yaşlı hücumçusu Endrikin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin noyabr ayında keçiriləcək millinin heyətində niyə yer almaması ilə bağlı suala sərt cavab verib.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Məşq etmək və futbolçuları yaxşı formada saxlamaq üçün vaxtımız yoxdur. Klublarda özlərini göstərirlərmi – bu cavablandırılmalı olan sualdır”.

Qeyd edək ki, “Real”dakı ilk mövsümündə Endrik 9 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Braziliya millisi 10 turdan sonra Cənubi Amerikanın 2026-cı il dünya çempionatının seçmə mərhələsinin turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Noyabrın 14-də “sambaçılar” Venesuela ilə, noyabrın 19-da isə Uruqvayla qarşılaşacaq.

Aut.az