Dünya futbolu

PSJ məhkəməni qərarını vecinə almır

Fransanın PSJ klubu məhkəmənin qərarına baxmayaraq, “Real”ın hücumçusu Kilian Mbappeyə 55 milyon avro ödəməkdən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Oktyabrın 25-də Peşəkar Futbol Liqasının (LFP) Birgə Apellyasiya Komitəsi Kilian və PSJ arasında yaranmış maliyyə mübahisəsi ilə bağlı futbolçunun xeyrinə qərar çıxarıb. Buna baxmayaraq, Fransa klubu Mbappenin 55 milyon avro ödəməyəcəyini açıqlayıb.

“Qanunda və əslində, oyunçu aydın və təkrarlanan ictimai və şəxsi öhdəliklər götürdü, klub sadəcə Parisdəki yeddi il ərzində klubda əldə etdiyi görünməmiş faydalar işığında ona hörmət etməyi xahiş edir.

Klub ümid edir ki, bu öhdəliklərə əməl olunacaq, lakin oyunçu təəssüf ki, bu mübahisəni davam etdirmək qərarına gəlsə, klub məsələni səlahiyyətli məhkəmələrə göndərmək məcburiyyətində qalacaq”, – mənbə PSJ təmsilçilərindən birinin sözlərini sitat gətirib.

Kilian 1 iyun 2024-cü ildə azad agent kimi “Real” keçib. Mbappe bu mövsüm 13 matçda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az