Dünya cempionatı

Direktoru vurdu – Foto

Uruqvay millisinin müdafiəçisi Xose Mariya Ximenes dünya çempionatının 3-cü turunda Qana ilə oyunun (2:0) baş hakimi Daniel Sibertlə mübahisə edərkən FİFA nümayəndəsi Kolin Smiti dirsəklə vurub.

Direktoru vurdu - Foto

Aut.az xəbər verir ki, Edinson Kavaninin Qananın cərimə meydançasında yıxılmasından sonra hakimin penalti təyin etməməsi Ximenesi və komanda yoldaşlarını qəzəbləndirib.

Direktoru vurdu - Foto

Meydanı tərk etmək istəyən hakimə yaxınlaşan müdafiəçi bilmədən FİFA direktoru Kolin Smiti dirsəyi ilə vurub. Daha sonra müdafiəçi həm də turnirin təşkilatçılarından biri olan Smitlə mübahisə edib.

Direktoru vurdu - Foto

Qeyd edək ki, penalti təyin olunsaydı və uruqvaylılar onu dəqiq yerinə yetirsəydilər, o zaman Cənubi Koreya yığmasından daha yaxşı top fərqinə malik olaraq dünya çempionatının pley-off mərhələsinə yüksələcəkdilər.

Aut.az