“Siti”nin əfsanəsi öldü
“Mançester Siti”nin sabiq hücumçusu və eks-prezidenti Frensis Li 79 yaşında dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
“Mançester Siti klubunun keçmiş oyunçusu və prezidenti Frensis Linin vəfatını dərin təəssüf və ürək ağrısı ilə elan edirik. Klubumuzdakı hər kəs bu çətin anda Frensisin dostlarına və ailəsinə başsağlığı vermək istəyir”, – deyə klubun bəyanatında deyilir.
Li 1967-1974-cü illərdə “Siti”də çıxış edib. O, komandanın heyətində 249 oyun keçirib və 112 qol vurub, İngiltərə Kubokunun (1969), İngiltərə Liqa Kubokunun (1970), Avropa Kuboklar Kubokunun (1970) və iki dəfə FA Super Kubokunun qalibi (1968, 1972) olub.
Li 1994-1998-ci illərdə “Mançester Siti”nin sahibi və prezidenti olub. 2010-cu ildə İngiltərə Futbolunun Şöhrət Zalına daxil edilib.
Aut.az
