Çilavert: “Real”ın 90%-i qaradərililərdir, niyə onların yox, Vinisiusun problemi olur?
Paraqvay millisinin keçmiş qapıçısı Xose Luis Çilavert Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda baş verən irqçi insidentdən sonra “Real Madrid”in hücumçusu Vinisius Yunioru tənqid edib və “Benfika”nın hücumçusu Canluka Prestiannini dəstəkləyib.
Aut.az xəbər verir ki, “A Bola” Çilavertin sözlərini sitat gətirib:
“”Prestianni ilə razıyam. Hamını təhqir edən ilk şəxs Vinisiusdur və bu, videoda aydın görünür. “Real Madrid” oyunçularının 90%-i qaradərililərdir. Niyə onların heç vaxt problemi olmur, halbuki Vinisius hər kəslə problem yaşayır?
Futbol kişilərin oynadığı oyundur və biz bir-birimizə hər cür xoşagəlməz sözlər deyirdik. Mikrofonlar və daha çox kamera olduqdan sonra futbol bir növ qadınlaşıb”.
Vinisius Prestiannini onu “meymun” adlandırmaqda günahlandırıb.
Aut.az
