Salah Türkiyə klubuna keçir? – Agenti danışdı
Misir millisinin hücumçusu Məhəmməd Salahın agenti Ramo Abbas futbolçunun Türkiyəyə transfer olunacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Aut.az xəbər verir ki, o, iddiaları təkzib edib.
“Salah hazırda Misir millisinin heyətində dünya çempionatındadır və hər şey qaydasındadır. Futbolçunun gələcəyi ilə heç bir əlaqəsi olmayan insanlarla onun gələcəyi barədə danışıqlar aparmırıq”, – deyə o “Sky Sports”a bildirib.
Bu həftə Türkiyə mətbuatında Salahın “Fənərbağça”ya keçə biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Qeyd edək ki, 34 yaşlı futbolçu bu yay “Liverpul”dan ayrıldıqdan sonra azad agent statusu qazanacaq.
Aut.az
