Dünya cempionatı

Bu oyunu Bred Pittlə Bill Qeyts də izlədi – FOTO

Amerikalı aktyor Bred Pitt və sahibkar Bill Qeyts ABŞ milli komandasının Paraqvay üzərində 4-1 hesablı qələbəsini izləyiblər.

Komandalar ABŞ-ın İnqlvud şəhərindəki “SoFi” stadionunda oynayıblar.

Qrup mərhələsinin növbəti turunda ABŞ komandası Avstraliya (19 iyun), 3-cü turda isə Türkiyə (26 iyun) ilə qarşılaşacaq.

Turnirdə 48 komanda hər biri dörd komandadan ibarət 12 qrupa bölünüb.

Bu oyunu Bred Pittlə Bill Qeyts də izlədi – FOTOAut.az