Dünya cempionatı

4 ölkə ərizə təqdim etdi – DÇ-2030 üçün

Argentina, Uruqvay, Çili və Paraqvay 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edib.

Aut.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının rəhbəri Klaudio Tapia məlumat verib:

“Bu gün dörd ölkənin tarixi üçün çox mühüm bir gündür. Biz dünya çempionatının yüzilliyində yenidən ev sahibliyi etməyi arzulayırıq. Hamımız, bütün  Cənubi Amerikalılar çox ehtiraslıyıq, futbol üçün yaşayırıq.

Biz bilirik ki, bu, çox böyük öhdəlikdir və Argentina, Uruqvay, Paraqvay və Çilinin 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün uyğun olduğunu bütün dünyaya sübut etməliyik”.

Xatırladaq ki, Argentina millisi hazırkı dünya çempionudur. Növbəti dünya çempionatı 2026-cı ildə ABŞ və Meksikada keçiriləcək.