Ərəblər yeni inkişaf strategiyası hazırladılar – DETALLAR
Səudiyyə Ərəbistanı Pro Liqası (SPL) bütün 18 klubla əməkdaşlıq edərək, yerli çempionatın keyfiyyətini artırmaq üçün strategiya hazırlayıb.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin sözlərinə görə, yenilənmiş strategiyaya aşağıdakı məqamlar daxildir:
Mövcud müqavilələrin saxlanılması: Bu bənd cari müqavilələrin SPL klublarının xeyrinə prioritetləşdirilməsini nəzərdə tutur. Öz növbəsində liqa bu məqsədə çatmaq üçün onları lazımi resurslarla təmin etməyə hazırdır.
Strateji satınalmalar: Komandaların keyfiyyətini artırmaq üçün ən yaxşı və istedadlı futbolçuların alınması.
Davamlı inkişaf siyasətinin həyata keçirilməsi: Futbolçular ehtiyac duyduqları dəstəyi almalı və onların çıxışına ədalətli qiymət verilməlidir. Bundan əlavə, Səudiyyə klublarının infrastrukturunu və azarkeşlərlə işin keyfiyyətini yaxşılaşdırmaq lazımdır.
Vurğulanır ki, SPL əməkdaşlıq sahələrini daha da araşdırmaq məqsədilə Avropa və Asiyadan olan tərəfdaş liqalarla bir sıra seminarlar keçirib.
Aut.az
