Dünya futbolu

Messi birinci, Ronaldo isə…

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 34+ yaş kateqoriyasında ən bahalı futbolçudur.

Aut.az xəbər verir ki, bu barədə “Transfermarkt” portalının dərc etdiyi materialda qeyd edilib. Bu yaxınlarda karyerasında 8-ci “Qızıl top”u qazanan 36 yaşlı Messi 35 milyon avro dəyərində qiymətləndirilir.

İkinci yeri 30 milyon avro qiymət ilə 35 yaşlı Robert Levandovski tutur. İlk üçlüyü Kərim Benzema və Kriştiano Ronaldo tamamlayır – 35 yaşlı fransız və 38 yaşlı portuqaliyalının qiyməti 15 milyon avrodur.

Beşinci yerdə təxmini dəyəri 12 milyon avro olan 34 yaşlı Tomas Müller qərarlaşıb.