Dünya futbolu

Dava düşdü

Qazaxıstanın Uralsk şəhərində azarkeşlər “Akjayık” – “Kızıl Jar” matçının hakimlərinə şüşələr atıblar.

Aut.az xəbər verir ki, Yüksək liqa komandalarının ölkə çempionatı çərçivəsindəki görüşü 2:2 hesabı ilə yekunlaşıb.

Matçı Bağdat Abdullayev idarə edib. Onun hərəkəti azarkeşləri və görüş iştirakçılarını qəzəbləndirib.

Qarşılaşma başa çatdıqdan sonra meydanda futbolçular arasında əlbəyaxa dava düşüb. Onları polislər ayırıb. Hakimlər tribunaların altındakı otağa gedəndə azarkeşlər referilər briqadasına şüşələr atmağa başlayıblar.

Hazırda “Akjayık” çempionatda sonuncu yerdədir.