Dünya futbolu

Zidanın sevimli oyunçusu: Ronaldo və Messidən sonra

Əfsanəvi fransız futbolçu Zinəddin Zidan sevimli futbolçularının Kriştiano Ronaldo və Lionel Messi olduğunu bildirib.

Aut.az xəbər verir ki, Zidan “Çelsi”nin və “Real”ın keçmiş futbolçusu Eden Azarı da xüsusi qeyd edib.

“Ronaldo və Messidən sonra Azar mənim sevimli oyunçumdur. Onun oyununu izləmək inanılmaz idi. Yalnız onu deyə bilərəm ki, bu oyunçunu sevirdim”, – Zidan bildirib.

Aut.az