Osimhen “birdəfəlik qalıram” dedi: “Qalatasaray” rəhbərliyi hərəkətə keçdi
Bu mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin 25 yaşlı hücumçusu Viktor Osimhen birdəfəlik Türkiyə nəhənginə keçə biləcəyini istisna etmir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Mənbənin sözlərinə görə, nigeriyalı futbolçu İstanbulda rahatdır və azarkeşlərin sevimlisi olmaqdan həzz alır. Osimhenin komandada çoxlu dostu da var. Öz növbəsində “Qalatasaray” da hücumçunu gələn yay klubda saxlamaq üçün ciddi səylər göstərir.
Bu mövsüm Osimhen bütün yarışlarda doqquz matçda iştirak edib, səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçunun Neapol klubu ilə əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.
Aut.az
