Görün Rusiya bu yoldaşlıq görüşü üçün nə qədər pul xərcləyib
Bruney Futbol Federasiyasının prezidenti Faysal Yusoff milli Rusiya ilə yoldaşlıq görüşünün (11:0) təşkili üçün Rusiya Futbol İttifaqının ( RFU ) nə qədər vəsait xərclədiyini açıqlayıb.
“Buraya səyahət üçün bütün xərclər RFU tərəfindən qarşılanıb. Bu çox böyük məbləğdir, amma dəqiq rəqəm deməyəcəyəm. 100 min dollardan çox. Təkcə 40 nəfərlik nümayəndə heyətinin biletləri bu qədər edər. Oteldə yerləşmə, yemək, səyahət də var”, – RİA Novosti Yusoffun sözlərindən sitat gətirib.
Bruneylə yoldaşlıq görüşündə Rusiya yığması bir matçda qol sayına görə öz rekordunu müəyyənləşdirib. Əvvəllər Rusiya millisi 2019-cu ildə San Marino ilə Avro-2020-nin seçmə mərhələ oyununda doqquz qol vurmuşdu.
Aut.az
