Dünya futbolu

Sneyder 14 il əvvəlki davadan danışdı: Masada araq şüşələri gördüm

Niderland yığmasının keçmiş yarımmüdafiəçisi Uesli Sneyder Avro-2012 zamanı Mark van Bommel və Klaas-Yan Huntelaar arasında baş verən dava haqda danışıb.

2012-ci il Avropa Çempionatında Almaniya, Portuqaliya və Danimarka ilə bir qrupda yer alan Niderlan sonuncu yeri tutmuş və hər üç oyunda məğlub olmuşdu.

Aut.az xəbər verir ki, Sneyder Rafael van der Vaartın “Wes & Raf” podkastında bildirib:

“Mark van Bommel yanıma gəldi və dedi ki, uşaqlar şam yeməyinə getmək istəyirlər: “Bertdən (van Marveykdən) soruşun”.

Mən bunun yaxşı fikir olduğunu düşünmədim, amma yenə də soruşdum. Bert razılaşdı, amma məsuliyyəti mənim üzərimə atdı.

Hər şey əyləncəli başladı, amma işlər nəzarətdən çıxdı. Mübahisəni dayandırmalı oldum. Bu, birdən baş verdi.

Mən də təsadüfən masada araq şüşələri gördüm. Şam yeməyi ilə bir stəkan şərab normal idi, amma birdən hər şey kəskin şəkildə dəyişdi. Mühit artıq dəymişdi. Həmişə yanımızda bir mühafizəçi olurdu və bu yaxşıdır. O vaxtlar bilirdik ki, sonradan hər şey məşqçiyə çatacaq və hər şey bitəcək. Atmosfer pozulmuşdu”.

Aut.az