Dünya futbolu

Acıqlarını paltardəyişmə otağından çıxdılar – FOTOLAR

Kosovo millisinin futbolçuları Rumıniya ilə Millətlər Liqası matçından (0:0) sonra paltardəyişmə otağını təmizləməyib.

Aut.az xəbər verir ki, noyabrın 15-də bu komandalar arasında baş tutan oyunda rumıniyalı azarkeşlər Serbiyanı dəstəkləyən şüarlar səsləndirməyə başlayanda kosovolu futbolçular final fitinə dəqiqələr qalmış meydanı tərk ediblər.

Kosovo millisinin oyunçuları paltardəyişmə otağının ətrafına çoxlu zibil, pitsa qutuları və plastik butulkalar səpələyiblər.

Qeyd edək ki, görüşlə bağlı yekun qərarı UEFA verəcək.

Aut.az

Acıqlarını paltardəyişmə otağından çıxdılar - FOTOLAR