İtaliya

Mükafatlandırma mərasiminə yubkada gəldi – VİDEO

“Milan”ın hücumçusu Rafael Leau İtaliyada keçirilən “Gran Gala del Calcio 2023” mükafatlandırma mərasiminə yubka geyinib.

Aut.az xəbər verir ki, “Gran Gala del Calcio” İtaliyanın 2022/2023 mövsümünün nəticələrinə yekun vuran futbol Oskarıdır.

“Napoli”nin hücumçusu Viktor Osimhen ən yaxşı oyunçu kimi tanınıb, mərasimə qeyri-adi geyimdə gələn “Milan”ın forvardı isə ilin simvolik komandasına daxil edilib. Leau 2019-cu ildə Fransanın “Lill” klubundan “Milan”a keçib.

Bu mövsüm 24 yaşlı portuqaliyalı A Seriyasında 12 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Son kampaniyada Rafael ölkə daxilində keçirdiyi 35 oyunda 15 qol vurub.

Cari mövsüm A Seriyasında 14 turdan sonra “rossonerilər” 29 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Aut.az