İtaliya

“Roma”nın yeni hədəfi müəyyənləşdi

“Roma” diqqətini “Las Palamas”ın müdafiəçisi Mika Marmola yönəldib. 

Aut.az xəbər verir ki,Ş İtaliya klubu müdafiəni gücləndirməkdə maraqlı olduğu üçün futbolçunun transferi ilə bağlı danışıqlara başlamaq istəyir.

Üstəlik, Mario Hermosonun “Roma”dakı gələcəyi şübhə altında olduğundan Marmolun namizədliyi gündəmə gəlib.

İndiyədək Mika 2024/25 mövsümündə 14 oyun keçirib. Futbolçunun komandası ilə müqaviləsi 2026-cı ilin yayını qədərdir.

Aut.az