İtaliya

Mourinyo qovulandan sonra “Roma”nın bazasını belə tərk etdi – VİDEO

“Roma” bu gün komandanın baş məşqçisi Joze Mourinyonu istefaya göndərdiyini rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, internetdə portuqaliyalının klubun Triqoriyadakı məşq bazasını sonuncu dəfə tərk etməsini əks etdirən video yayılıb.

Bazadan çıxışa yaxın yerdə Mourinyonun olduğu avtomobil dayanıb və portuqaliyalı “Roma” azarkeşləri ilə qısaca söhbət edib, şelfi çəkdirib. O, olduqca kədərli görünüb.

Azarkeşlərə gəlincə, onlar Mourinyoya gördüyü işlərə görə təşəkkür edib, onun adını səsləndiriblər. Mourinyo 2021-ci ilin yayından “Roma”ya rəhbərlik edirdi və komandanı 2022-ci ildə Konfrans Liqasında qələbəyə aparıb.

Aut.az