Onun gedişinə bu yolla mane olmaq istəyirlər
“Roma” yaxın vaxtlarda yarımmüdafiəçisi Paulo Dibalaya yeni müqavilə təklif edəcək.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb.
Hazırkı müqavilədə argentinalı futbolçunun iyulun 31-dək istənilən İtaliya xarici kluba keçməsi ilə bağlı bənd var. Buna əsasən, 12 milyon avro ödəyən klub Dibalanı heyətinə qata bilər.
“Roma” aşağı qiymətə gedişinin qarşısını almaq üçün onunla yeni müqavilə imzalayacağına ümid edir.
