“Yuventus”un müdafiəçisi əməliyyat olunacaq
“Yuventus”un müdafiəçisi Qleyson Bremer tibbi müayinədən keçib və sol dizin medial meniskində zədələnmə aşkar olunub.
Aut.az xəbər verir ki, Gələcək saatlarda futbolçuya meniskin zədələnmiş hissəsinin qismən çıxarılması üzrə artroskopik əməliyyat (meniskektomiya) ediləcək.
Əməliyyatdan sonra Bremer “Yuventus”un tibbi heyətinin nəzarəti altında reabilitasiya kursu keçəcək. Onun meydana qayıtma müddəti daha sonra açıqlanacaq.
Aut.az
