UEFA bu klubu Avropa Liqasına buraxmadı – Səbəb nədir?
Çexiyanın “Karvina” klubu 2026/27 mövsümündə Avropa Liqasında iştirak etməkdən məhrum edilib.
Aut.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
İyulun 2-də UEFA Apelyasiya Komissiyası komandanın danışılmıç oyunlarda iştirak etdiyinə görə turnirdə iştirak edə bilməyəcəyi barədə qərar qəbul edib.
Bu qərar Çexiya futbolundakı mümkün manipulyasiya ilə bağlı yüksək səviyyəli araşdırmadan sonra verilib. Çexiya futbol hakimiyyəti əvvəllər “Karvina”ya milli səviyyədə oyunların danışılması qaydalarını pozduğuna görə sanksiya tətbiq etmişdi.
UEFA-nın qərarından sonra Çexiya klubları üçün Avropa klub yerlərinin bölgüsü təcili olaraq dəyişdirilib. “Viktoriya Plzen” “Karvina”nın yerini Avropa Liqasının pley-off, “Hradets Kralove” Avropa Liqasının ikinci təsnifat, “Yablonets” isə Konfrans Liqasının ikinci təsnifat mərhələsində yer qazanıb.
“Viktoriya Plzen”in rəqibi 3 avqustda keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimində məlum olacaq.
Aut.az
