Obameyanq ayrıldı: Atası məsləhət görüb ki…
“Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq Fransa klubundan ayrıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, Obameyanq bu barədə sosial şəbəkələrdə yazıb.
“Mən emosiyalarla dolu bir il keçirdim. Bütün kluba, heyətə, komanda yoldaşlarıma və azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məni daha da gücləndirdiniz və bu xatirələr həmişə mənimlə qalacaq.
Bildiyiniz kimi, həmişə atamın verdiyi məsləhətlərə əməl etmişəm, ona görə də bu qərarı verdik. Yeni bir fəslə başlamağın vaxtıdır. “Marsel” həmişə mənimlə olacaq. Onu heç vaxt unutmayacağam”, – deyə Obameyanq yazıb.
35 yaşlı qabonlu 2023-cü ilin yayında “Çelsi”dən “Marsel”ə keçib. Ötən mövsüm Obameyanq Fransa Liqa 1-də 34 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun “Marsel” ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədə idi. Transfermarkt internet portalına görə onun təxmini transfer dəyəri 5 milyon avrodur.
Aut.az
