Azərbaycan futbolu

“Neftçi” Super Liqa təmsilçisinə qalib gəldi

Növbəti mövsümə Türkiyənin Ərzurum şəhərində hazırlaşan “Neftçi” bu gün növbəti sınaq matçına çıxıb.

Aut.az xəbər verir ki, “ağ-qaralar”ın təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama görüşündəki rəqibi Super Liqa təmsilçisi “Sivasspor” olub.

“Neftçi” qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılıb. Qriqorçukun komandasının qollarını 27-ci dəqiqədə Mark Tamaş,  79-cu dəqiqədə isə Yeqor Boqomolski vurub.

Qeyd edək ki, Roman Qriqorçukun baş məşqçisi olduğu kollektiv Türkiyə toplanışındakı ilk yoxlama matçında “Alanyaspor”a 3:1 qalib gəlib.