İngiltərə

Onun hərəkəti Tuxeli qəzəbləndirib: anası da məyus olub

İngiltərə yığmasının Seneqalla keçirdiyi yoldaşlıq oyunundan (1:3) sonra Cud Bellinqemin emosiyalarına hakim ola bilmədiyi haqda məlumat vermişdik.

Xatırladaq ki, Bellinqem oyundan sonra söyüş söyüb və su soyuducusuna təpik vurub.

Aut.az xəbər verir ki, “Real”ın futbolçusunun bu davranışı İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxelin xoşuna gəlməyib.

Məşqçi hətta anasının da Bellinqemin hərəkətindən məyus olduğunu bildirib.

“O, diqqətini cəmləməlidir. Üstünlük komanda yoldaşlarını təhqir etməkdə, komanda yoldaşlarına və ya hakimlərə qarşı həddindən artıq aqressiv olmaqda deyil, rəqibdə, hədəflərimizdə olmalıdır”, – Tuxel deyib.

Aut.az