İngiltərə

Cəmi 1 qol vurub, Pep məyus olub

“Mançester Siti”inin hücumçusu Erlinq Haland “Sautqempton”la qarşılaşmada (4:0) bir qol vurub.

Aut.az xəbər verir ki, “Siti”nin baş məşqçisi Pep Qvardiola norveçlinin yalnız bir dəfə fərqlənməsinə zarafatyana münasibət bildirib:

“Ona görə çox məyusam. Erlinq üç qol vurmadı. Buna görə də onun Premyer Liqadan qovulması ilə bağlı petisiya işə yaramayacaq”.

Haland Premyer Liqada keçirdiyi 9 oyunda 15 qol vurub.

Aut.az