İtaliya

Kvaratsxeliyanın kumiri kim olub?

“Napoli”nin gürcü futbolçusu Xviça komanda haqqında fikirlərini bölüşüb, mövsümün hədəfləri haqda danışıb. Aut.az xəbər verir ki, Xviça uşaqlıqda kumirinin kim olduğunu da deyib:

“Napoli” çox güclü oyunçulardan ibarət komandadır. Belə davam etsək, hamının düşündüyündən daha çox şeyə nail ola bilərik. Spaletti? O, həqiqətən əla məşqçidir. Mənə yan tərəfdən baxır, nəyi düz edib-etmədiyimi deyir. Spalletti məni təkmilləşdirir. O, müəllimdir.

Kumir? Kriştiano Ronaldo. Baxmayaraq ki, mənim ilk kumirim “Real”lı Quti idi. Tbilisidə dostlarımla futbol oynayanda ağ köynək geyinirdik. Arxasına onun adını yazırdım.

Mövsümün hədəfləri? İtaliya çempionluğunu qazanmaq, təbii ki, arzudur. Çempionlar Liqasının pley-off mərhələsi də hazırda hədəfdir. Çempionluq, yoxsa Çempionlar Liqasında qələbə? Niyə ikisindən birini seçim edim? Mən hər ikisini seçirəm”.

Aut.az