İtaliya

Hələ heç bir afrikalı bunu bacarmamışdı

İtaliya A Seriyasında 26 qolla mövsümünün bombardiri adını qazanan “Napoli”nin forvardı Viktor Osimhen tarixə düşüb.

Aut.az xəbər verir ki, nigeriyalı hücumçu ölkə çempionatında bunu edən ilk afrikalı kimi tarixə keçib. O, 32 oyunda 26 dəfə fərqlənməklə buna nail olub.

24 yaşlı hücumçu cari mövsümdə “Napoli” ilə A seriyasının da qalibi olub.