İspaniyaİtaliya

Sakkidən “Real”a xəbərdarlıq: İki və ya üç dəfə düşünün

Məşhur italyan mütəxəssis Arriqo Sakki “Real Madrid”ə Karlo Ançelotti ilə bağlı xəbərdarlıq edib.

Aut.az xəbər verir ki, “Milan”ın sabiq baş məşqçisi Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra 65 yaşlı mütəxəssisin ünvanına gələn tənqidlərə cavab verib.

“Bu insanların Ançelottinin kim olduğu barədə hər hansı bir fikri varmı? Onun qalib gəldiyini bilirlərmi? Mən onu təkcə kuboklarına görə deyil, həm də insani keyfiyyətlərinə görə futbolun əsl maestrosu hesab edirəm. “Real Madrid” Ançelotti kimi biri ilə yollarını ayırmazdan əvvəl iki və ya üç dəfə düşünməlidir .

Futbolun bir parçası olsa da, hamının “Real Madrid”in Çempionlar Liqasından kənarlaşdırılmasına görə Karlettonu tənqid etməsi və buna görə onu günahlandırması məni çox üzür. Gəlin onun bu mövsüm heyətinə nəzər salaq. Çoxlu zədəliləri var idi və bir çox oyunu müdafiəçisiz oynamaq məcburiyyətində qaldı”, – Sakki “La Gazzetta dello Sport”a bildirib.

Aut.az