İspaniya

Qardaşı da “Real”a gedir

PSJ-nin hücumçusu Kilian Mbappenin kiçik qardaşı Ethan Mbappe böyük qardaşının ardınca “Real”a keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.

Daha əvvəl məlum olmuşdu ki, Kilian Mbappe artıq cari mövsümün sonunda Madrid klubuna transfer şərtlərini razılaşdırıb.

Bu mövsüm 17 yaşlı Ethan PSJ-nin gənclər komandasının heyətində 22 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az