Digər

Milli komanda Əlcəzairə getdi

Stolüstü tennis üzrə Azərbaycan milli komandası dünya seriyalı “WTT Youth Contender” turnirində iştirak edəcək.

Aut.az xəbər verir ki, Əlcəzairin paytaxtı Əlcəzairdə təşkil olunacaq yarışda Azərbaycanın 8 idmançısı bacarıqlarını göstərəcək.

Məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Xədicə Əbilzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova və Yağmur Məmmədli bu gün Afrikaya yollanıb.

Yarış 28 fevral – 2 mart  aralığında baş tutacaq.