Ulduz qapıçının transferi son anda baş tutmadı
“Real”ın və PSJ-nin keçmiş qapıçısı Keylor Navas Monzaya keçməyəcək.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya klubu 37 yaşlı kosta-rikalı qapıçı ilə anlaşıb. Hətta tibbi müayinə üçün vaxt təyin edilib. Lakin danışıqların son mərhələsində sövdələşmə baş tutmayıb.
Qeyd edək ki, Navas bu yay PSJ-dən ayrılıb. Qapıçı əvvəllər “Nottingem Forest”, “Real”, “Levante”, “Albasete”də çıxış edib.
Aut.az
