Almaniyaİtaliya

45 milyon avro – “Yuve” “Borussiya”ya təklif göndərəcək

Dortmund “Borussiya”sının hücumçusu Kərim Adeyemi karyerasını A seriyasında davam etdirə bilər.

Aut.az xəbər verir ki, “Sky Sport”un jurnalistinin sözlərinə görə, “Yuventus” “arılar”a 45 milyon avro (35 milyon avro + bonuslar olaraq 10 milyon avro) təklif edəcək.

22 yaşlı futbolçunun özü keçiddə maraqlıdır. Adeyemi “Borussiya”nın heyətində 66 matçda 14 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az