Digər

Ərdoğan Olimpiadanın açılış mərasiminə buna görə getməyib: Nəvəm mənə dedi ki…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 yaşlı nəvəsinin xahişi ilə Fransa prezidenti Emmanuel Makronun Parisdə Olimpiadanın açılışında iştirak etmək dəvətindən imtina etdiyini etiraf edib.

Aut.az xəbər verir ki, Ərdoğan bu barədə hakim Ədalət və İnkişaf Partiyasının baş qərargahında çıxışı zamanı bildirib.

“Makron məni Olimpiya Oyunlarının açılışına dəvət etdi, dedim ki, bəlkə gələcəm. 13 yaşlı nəvəm isə mənə dedi: “Baba, ora getmə”. Səbəbini soruşdum, o cavab verdi: “Onlar orada LGBT təbliğatını nümayiş etdirəcəklər”. O, mənə “İnstaqram”dan bir video göstərdi . “Yaxşı, nəvəm, mən getməyəcəyəm” deyə cavab verdim”, – deyə Ərdoğan bildirib.

2024-cü il Oyunlarının açılış mərasimi transvestitlər və LGBT nümayəndələrinin ifasında Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin təxribat xarakterli parodiyası səbəbindən böyük qalmaqalla yadda qaldı. Bu “tamaşa” bütün dünyada tənqid olundu. Nəticədə BOK qalmaqallı görüntüləri rəsmi resurslarından silib və üzr istəyib.

Aut.az