İtaliyaTürkiyə

O, Neymardan daha texnikalıdır – Balotelli

“Adana Demispor”un hücumçusu Mario Balotelli futbol texnikasına görə ” Əl-Hilal”ın futbolçusu Neymarla Dubayın “Əl-Nəsr” klubunun futbolçusu Adel Taarabtı müqayisə edib .

“Məncə, Taarabt texniki cəhətdən Neymardan daha güclüdür. Sonuncu mütləq bir fenomendir, çox güclüdür. Əlbəttə, biz onları müqayisə edə bilmərik, ancaq yalnız texnikadan danışsaq, Taarabt daha güclüdür”, – deyə RMC Sport Balotellinin sözlərini sitat gətirib.

Xatırladaq ki, Balotelli sentyabrdan “Adana Demispor”un futbolçusu olub. Buna qədər italiyalı hücumçu İsveçrənin “Sion” klubunda çıxış edib. 33 yaşlı futbolçu 2021/2022 mövsümündə “Adana Demispor”da çıxış edib. Balotelli İtaliya millisində 36 oyun keçirib, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az