Almaniya

Onu qovacaqlar, əgər…

Futbol üzrə Almaniya millisi baş məşqçi Hans-Diter Flik ilə yolları ayıra bilər.

Aut.az xəbər verir ki, 58 yaşlı mütəxəssisin taleyi sentyabrda baş tutacaq yoldaşlıq görüşlərindən sonra bəlli olacaq. Bu barədə “Sport Bild” nəşri məlumat yayıb.

“Bundestim” Yaponiya və Fransa ilə qarşılaşmalarda pis nəticə əldə etsə, Flik istefaya göndəriləcək. Yığma daha əvvəl Ukrayna ilə heç-heçə (3:3) edib, Polşa (0:1), Kolumbiyaya (0:2) uduzub.

Bu posta əsas namizədlər isə Yulian Naqelsman, Oliver Qlasner və Mattias Zammerdir.

Qeyd edək ki, Almaniya millisi sentyabrın 9-da Yaponiya, üç gün sonra isə Fransa ilə üz-üzə gələcək.