Virts “Real”a niyə transfer olunmayıb? – Direktor açıqladı
“Bayer Leverkuzen”in baş direktoru Fernando Karro bildirib ki, yarımmüdafiəçi Floryan Virts haqda danışıb.
Aut.az xəbər verir ki, onun sözlərinə görə, almaniyalı futbolçu yayda Almaniya klubundan “Liverpul”a keçərkən, əslində Mersisayd təmsilçisini karyerasını davam etdirmək üçün əsas variant kimi görmürdü.
“Virtsin ailəsi və özü bilirdilər ki, onun müqaviləsini uzatmaq bizim əsas prioritetimiz idi. Yay transfer pəncərəsində maaşlara çox diqqətlə yanaşırdıq, amma Floryan üçün istisna etməyə hazır idik. Müqaviləni uzatmaq naminə bütün hədləri aşmağa razı idik və bir müddət bu, mümkün kimi görünürdü.
Etiraf etməliyəm ki, bəzən onu həddindən artıq sıxırdıq. Nəticədə isə qərarı özü verdi. Valideynləri onun məsləhətçiləridir və düşünürəm ki, onların Floryana tam hörmətlə yanaşması yaxşı haldır.
O, Çempionlar Liqasını qazanmaq istəyən futbolçudur. Biz bu komandada daha çox uğur qazana biləcəyimizi düşünürdük. Floruan gördü ki, biz Almaniya çempionatını qazandıq, amma Çempionlar Liqasını “Bayer”lə qazanmağın çətin olacağını anlayırdı. Əgər Xabi Alonso ona təklif etsəydi, o, yəqin ki, “Real”a keçərdi. Amma Xabinin klubdakı təsir imkanları bizimkindən azdır.
Xabi Alonsonun əsas üstünlüklərindən biri onun skautinq şöbəmizlə birlikdə işləmək bacarığı idi. “Real”da isə transfer qərarlarını Xabi deyil, Florentino Peres verir”.
